Livanın cənubunda sionist İsrailin xarici kəşfiyyat xidməti Mossad-da işləyən 4 nəfər həbs edilib.
Az.rasthaber.com xəbər verir ki, “Əl-Əhbariyyə” qəzetində dərc olunan xəbərdə Livan Daxili İşlər Nazirliyinin bu yaxınlarda həyata keçirdiyi casus əməliyyatı barədə məlumat verilib.
Livanın Daxili Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində ölkənin cənubundakı Əl Arkub bölgəsində Mossad-da işləyən 4 nəfər saxlanılıb.
Qeyd edək ki, yanvarda da Livanda 15 nəfərlik casusluq şəbəkəsi ələ keçirilmişdi.