13.12.2019 09:58:31
Livan Xarici İşlər naziri Cibran Basil siyasi proseslər və sonrakı höküməti qurma məsələsilə bağlı Livan Hizbullah Hərəkatının liderilə görüşüb
Rasthaber Azərbaycan xəbər verir ki, Livan Xarici İşlər naziri Cibran Basil siyasi proseslər və sonrakı höküməti qurma məsələsilə bağlı Livan Hizbullah Hərəkatının lideri Seyid Həsən Nəsrullah və parlamentin spikeri Nebih Berri ilə bir araya gəlib.
"Nidai al Vatan" xəbər saytında yayımlanan bir xəbərdə deyilir: "Hizbullah Basilin hkümətdən ayrılması ilə eyni fikirdə deyil. İki tərəf arasındakı müzakirələr davam edir və son günlər Basilin Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah ilə görüşdüyünü göstərən sənədlər var."
Xəbərə görə, Hizbullahın durumundan xəbərdar olan bəzi qaynaqlar, ziyarətin həqiqətən edilib edilməməsilə bağlı suala belə cavab veriblər: "Seyid Həsən Nəsrullahın Basili qəbul etməsi təbiidir. Seyid Həsən Nəsrullahın Auna bir məktub göndərməsi də məntiqlidir. Hizbullah və Cibran Basil arasında işbirliyi - Azad Milli Hərəkatındakı müzakirələr davam edir."
Bəzi xəbər qaynaqları dünən, Basilin yaxın günlərdə ehtimalən önəmli xəbərləri yayımlayacağını bildirdi və bu, Azad Milli Hərəkatının müxalifət qanadına keçməsi qərarı ola bilər.
Dünən Cibran Basil və Nebih Berri arasında da Ayn al-Tinah bölgəsində iclas keçirildiyi də önə çəkilir.
"Naşra" xəbər agentliyi görüşün 90 dəqiqə davam etdiyini Basilin "danışmağa həvəsliydik", dediyini, Nebih Berrinin isə "Bu ölkədə danışmaqdan başqa bir yol yoxdur.", dediyini yazıb.