Livanda geniş anti-terror əməliyyatı keçirilib

Livanda geniş anti-terror əməliyyatı keçirilib

Livan ordusunun komandanlığı bu ölkənin Tripoli şəhərində İŞİD terror qrupunun tabeliyində olan bir özəyin aşkar və məhv edildiyini bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən məlumatına əsasən, Livan ordusunun komandanlığı bir bəyanatda bildirib ki, bu özəyin üzvləri Livanın böhranlı şəraitindən istifadə ilə terror əməliyyatları keçirmək üçün başlıca olaraq, şəxsi silah və sursatlar əldə ediblər. Onlar kömək məqsədilə başqa şəxsləri də cəzb eməyə çalışıblar.

Bəyanatda həmçinin vurğulanır ki, hal-hazırda saxlanılan şəxslər istintaqa cəlb olunublar.

Xəbəri paylaş

VİDEOLAR