Livanda baş verən iqtisadi çöküş Suriyaya da zərbə vurdu

Livanda baş verən iqtisadi çöküş Suriyaya da zərbə vurdu

Bəşər Əsəd açıqlayıb

Rasthaber Azərbaycan eastnews-a istiadlı verdiyi xəbərə görə, Suriya Prezidenti Bəşər Əsəd Hələb şəhərində keçirilən iqtisadi forumda çıxış edib.  

Prezident çıxışı zamanı Suriya iqtisadiyyatındakı böhranın əsas səbəbini açıqlayıb.  

O, bildirib ki, suriyalı iş adamları Livan banklarında milyardlarla dollar pul itiriblər.  

"Livanda baş verən iqtisadi çöküş Suriyaya da zərbə vurdu. Belə ki, Livan bankları çökdüyü dövrdə Suriya da milyardlarla dollar itirdi. Ölkə iqtisadiyyatına vurulan ən böyük zərbə bu oldu.

Beynəlxalq qüvvələr həm Livan, həm Suriyanı yaraladılar. Lakin vəziyyəti düzəltməyə başlamışıq və problemlər tək-tək aradan qaldırılır", - deyə Bəşər Əsəd diqqətə çatdırıb.

Xəbəri paylaş

VİDEOLAR