Livanda aksiyalarda iğtişaş törədənlərə qarşı geniş əməliyyat

Livanda aksiyalarda iğtişaş törədənlərə qarşı geniş əməliyyat

Livanda polislə toqquşmalarda iştirak edən və iğtişaş törədən 36 nəfər yaxalanıb

Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, Livan xüsusi xidmət orqanları bölmələri ordu və polislə toqquşmalarda iştirak edən və iğtişaş törədən 36 nəfəri yaxalayıb.  

Bu barədə Livan Müdafiə Nazirliyi məlumat verib. “Xüsusi xidmət idarəsi tərəfindən banklara, restoranlara, dövlət və mülki vətəndaşlara, beynəlxalq təşkilatların humanitar yardım avtomobillərinə hücum edən 36 nəfər iyunun 11-dən 15-dək keçirilən əməliyyatlar nəticəsində saxlanılıb”, - deyə məlumatda bildirilir.  

Xatırladaq ki, iyunun 15-də Livan Prezidenti Mişel Aun və baş nazir Həsən Diab Livan hüquq mühafizə orqanlarına hücum edən, iğtişaşlar törədən və sifariş verənlərin hamısının müəyyən edilərək saxlanılmasının vacib olduğunu açıqlayıb.  

Nazirlər Kabinetinin başçısı qeyd edib ki, ölkə daxilində və xaricdə müəyyən qüvvələr Livandakı vəziyyəti gərginləşdirməyə və vətəndaş cəmiyyətinə, habelə şəxsi və dövlət əmlakına təhlükə yaratmağa çalışırlar.

Xəbəri paylaş

VİDEOLAR