Livan yardım qüvvələrinin bombalanması ilə bağlı İsrail əleyhinə BMT TŞ-a şikayət edib

Livan yardım qüvvələrinin bombalanması ilə bağlı İsrail əleyhinə BMT TŞ-a şikayət edib

Livan sionist rejimin ölkənin cənubunda mülki müdafiə avtomobilini bombaladığına görə Təhlükəsizlik Şurasına şikayət edib.

Az.rasthaber.com xəbər verir ki, Livanın Milli Xəbər Agentliyi bununla bağlı bildirib ki, sionist rejimin Nəbtiyyə şəhərinin Farun kəndində ölkənin mülki müdafiə qüvvələrini daşıyan avtomobilə hücumunun ardınca, Livanın BMT-dəki nümayəndəliyi işğalçı rejimə qarşı Təhlükəsizlik Şurasına şikayət edib. 

 

Livanın Milli Xəbər Agentliyi vurğulayıb: “Bu hücumda sionist rejimin bombardmanlarının törətdiyi yanğının söndürülməsi missiyasında olan 4 mülki müdafiə xilasedicisi şəhid olub.”

Xəbəri paylaş

VİDEOLAR