Livan paytaxtındakı partlayışda iki diplomatik binaya da ziyan dəyib, yaralananlar var

Livan paytaxtındakı partlayışda iki diplomatik binaya da ziyan dəyib, yaralananlar var

Yerli media partlayış zamanı 100-ə yaxın insanın öldüyünü bildirir.

Livan paytaxtı Beyrutda çərşənbə axşamı günü Beyrut Limanı rayonunda ölkənin Dəniz Qüvvələrinin bazası yaxınlığında güclü partlayış baş verib.

Rasthaber Azərbaycan xəbər verir ki, yerli media partlayış zamanı 100-ə yaxın insanın öldüyünü bildirir.

Rusiya səfirliyinin binasına partlayış zamanı ziyan dəyib, bir diplomatik korpus əməkdaşı xəsarət alıb.

Qazaxıstanın Livandakı konsulunun da müxtəlif xəsarətlər aldığı qeyd edilir.

Xəbəri paylaş

VİDEOLAR