Livan Ordusu bəyanat yaydı

Livan Ordusu bəyanat yaydı

Livan ordusu güclü partlayışdan sonra Beyrutda ikihəftəlik fövqəladə vəziyyətin elan olunmasından sonra özünün ilk bəyanatını verib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki,  Livan ordusu bu bəyanatda Beyrut partlayışı qurbanlarının ailələrinin kədərilə bölüşərək, bu ölkə vətəndaşlarına müraciət edib.

Müraciətdə vətəndaşlardan bölgəni boşaltma istənilib.

"Bu onun üçün vacibdir ki, yardım və xilasetmə, həmçinin partlayışdan irəli gələn ziyanların aradan qaldırılması əməliyyatları asanlıqla həyata keçirilmiş olsun.", -deyə Livan Ordusunun bəyanatında qeyd olunub.

Livan ordusu həmçinin livanlı və xarici medialara Beyrutda PUA-dan istifadə barədə xəbərdarlıq edib.

Livanın daxili işlər naziri Muhəmməd Əlfəhmi vurğulayıb ki, Beyrut partlayışı barədə beynəlxalq təhqiqata ehtiyac yoxdur. "Təhqiqatın nəticələri şəffaf şəkildə elan olunacaqdır.", -deyə o vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR