Livan Hizbullahından İsrailin son hücumuna reaksiya

Livan Hizbullahından İsrailin son hücumuna reaksiya

Livan Hizbullahı İsraila xəbərdarlıq edib

Az.rasthaber.com xəbər verir ki, Livan Hizbullahı İsrailin Suriyaya qarşı son hücumunu Suriya və Livanın işğalının bariz nümunəsi adlandırıb.
 
"Sionist qırıcıları beynəlxalq ictimaiyyətin və ölkələrin suverenliyini, həmçinin müstəqilliyini müdafiə iddiasında olanların səssizliyinin kölgəsində, Livan hava sahəsi üzərindən bir daha Livanın suverenliyini pozaraq Suriyanı bombaladı. Sionist düşmənin qırıcıları tərəfindn dünən gecə həyata keçirilən hücum, Livan və Suriyanın açıq aşkar işğalıdır.", -deyə Hizbullah bildirib.
 
Qeyd edək ki, İsrail qırıcıları cümə axşamı günü Humusun qərbindəki Quseyr bölgəsini hədəfə alıb. Suriya ordusu hücum zamanı istiadə edilən raketlərin göydə vurulduğunu bildirib. Suriya ordusunundan bir mənbə düşmənin bu hücumu cümə axşamı yerli vaxtla 01:13-də Beyrutun şimal şərqindən Humus ətəklərindəki Quseyr bölgəsinə doğru həyata keçirildiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR