Livan Hizbullahından ABŞ-ın İraqda Haşdi Şabini hədəfə almasına münasibət

Livan Hizbullahından ABŞ-ın İraqda Haşdi Şabini hədəfə almasına münasibət

Hücum İraqın suverenliyini açıq-aşkar pozması kimi dəyərləndirilib

Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusunun İraqda "Haşdi Şabi"yi hədəfə almasına Livan Hizbullah hərəkatı reaksiya verib.
Bəyanat yayan hərəkat ABŞ-ın bu hücumlarını İraqın suverenliyini açıq-aşkar pozması kimi dəyərləndirib.
"Dörd mücahidin şəhid olmasına səbəb olan ABŞ-ın bu hücumu, İraqın terrorçu və təkfirçi qruplara qarşı müqaviməti zəiflətməyi hədəfləmişdir.", -deyə Hizbullah bildirib.
Bəyanatın davamında İraqın rəsmi və qeri-rəsmi reaksiyası təqdir olunaraq, şəhid ailələrinə başsağlığı verilib.

Xəbəri paylaş

VİDEOLAR