Livanın "Hizbullah" hərəkatının Baş katibi müavini Şeyx Naim Qasim deyib
Rasthaber Azərbaycan "eastnews.org"a istinadən verdiyi xəbərə görə, Livanın "Hizbullah" hərəkatının Baş katibi müavini Şeyx Naim Qasim Suriyadakı hərbi varlıqları və İsrail rejimi ilə mübarizədən danışıb.
Şeyx Naim Qasim vurğulayıb ki, Suriya dövləti istədiyi müddətcə "Hizbullah" hərəkatı burada hərbi varlığını davam etdirəcək.
"Bizim Suriyaya getmək məqsədimiz Suriyanı İsrail rejimi və ABŞ qarşısında zəif hala salmağa çalışan terrorçuların planlarının qarşısını almaq idi.
Bu hal Suriyada hələ də davam edir. Dolayısı yolla biz hələ də Suriyada qalmağa davam edirik", - deyə Şeyx Naim Qasim diqqətə çatdırıb.
O qeyd edib ki, Suriya ordusu torpaqların böyük hissəsini işğaldan azad etsə də bu gün bəzi ərazilər hələ də işğal altındadır.