Livan baş naziri Beyrutdakı partlayışın səbəbini açıqladı

Livan baş naziri Beyrutdakı partlayışın səbəbini açıqladı

Livanın Baş naziri Hassan Diyab Beyrutdakı partlayışın səbəbini açıqlayıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu haqda Livan prezidentinin ofisi məlumat yayıb.

“Məsuliyyətə cəlb edərək ən ağır cəzanı çəkməsi üçün baş verən hadisənin cavabdehini tapmayınca sakitləşən deyiləm. Çünki 2750 ton ammonyak selitrasının (ammonium nitrat duzu)  önləyici tədbirlər görülmədən 6 il anbarda saxlanılması yolverilməzdir”, – deyə o bildirib.

O, 48 saat içərisində hadisənin səbəbini və cavabdehlərini müəyyən edəcək araşdırma üçün komissiyanın yaradılmasını təklif edib.

Xatırladaq ki, ötən gün axşam saatlarında Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib. Ən son məlumatlara görə, 70-dən çox insan həyatını itirib, minlərlə insan yarlanıb və şəhərdə çox böyük dağıntılar baş verib.

Xəbəri paylaş

VİDEOLAR