Livan ABŞ-ın atəşkəs təklifinə yazılı cavab verib

Livan ABŞ-ın atəşkəs təklifinə yazılı cavab verib

Livan parlamentinin sədr müavini ölkəsinin ABŞ-ın atəşkəs təklifinə yazılı cavabını təqdim etdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, “Reuters” agentliyi Livan parlamentinin sədr müavini Əli Həsən Xəlilə istinadən yazıb: “Beyrut ABŞ-ın bu ölkə üçün atəşkəs təklifinə yazılı cavabını təqdim edib”.

Mehr Xəbər Agentliyinin məlumatına görə, Xəlil açıqlamasında əlavə edib: Bu təklif indiyə qədər təqdim edilən ən ciddi plandır və Amos Hokşteyn atəşkəs danışıqlarını izləmək üçün Beyruta gələcək.

Əl-Cəzirə Livandakı rəsmi mənbəyə istinadən bildirib ki, Livan ABŞ-ın Livan və sionist rejim arasında atəşkəs razılaşması üçün təqdim etdiyi təklif layihəsi ilə bağlı fikirlərini Amerika tərəfinə çatdırıb.

Sionist rejimin "Kanal 12" televiziyası ABŞ-ın sionistləri məlumatlandırdığını bildirib: "ABŞ prezidentinin Livan üzrə xüsusi nümayəndəsi Amos Hokşteyn atəşkəs razılaşmasına nail olmağa imkan verəcək bəzi bəyanatlar aldıqdan sonra Beyruta gedəcək".

Sionist rejim televiziyası həmçinin bu rejimin atəşkəs razılaşması çərçivəsində Beyrut ilə işğal olunmuş Fələstin və Livan arasındakı quru sərhədi ilə bağlı müzakirələr aparmaq və mübahisələri həll etməkdə razılaşdığını bildirib.

Xəbəri paylaş

VİDEOLAR