Lirə ilin sonunadək ucuzlaşacaq - TMB

Lirə ilin sonunadək ucuzlaşacaq - TMB

Türkiyə Mərkəzi Bankı (TMB) bazar iştirakçıları arasında inflyasiyaya dair sorğu keçirib.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, qeyd olunub ki, sorğuya əsasən 12 aylıq inflyasiya gözləntiləri 25,37% olub. Növbəti 24 ay üçün inflyasiya gözləntiləri 14,41%-dən 15,54%-dək yüksəldilib. Bu ilin sonu üçün inflyasiya proqnozu 29,75% olub.

Həmçinin, cari ilin sonu üçün USD/TRY məzənnəsinin 16,13 lirə olacağı qeyd olunub. Xatırladaq ki, hazırda məzənnə 13,53 lirə səviyyəsindədir.

Xəbəri paylaş

VİDEOLAR