İxlas və səmimi niyyətlə Əhli-beyt məclislərinə daxil olun
"İnsan müqəddəs bir məkana getmək qərarına gəldiyi zaman əlidolu qayıtması üçün yaxşı olar ki, mənəviyyatlı və mütəxəssislə məsləhətləşsin. Çalışın müqəddəs ziyarətgahlara daxil olanda daxil olmaq üçün izin alın. Bunun adətən xüsusi duası olur. İnsanın ədəblə etdiyi ziyarət digərlərindən fərqlənir. Bu duanı oxuduğun zaman gözündən yaş gəldisə bil ki, sənə icazə verilib. Duanı dayandırıb, daxil ola bilərsiniz. İxlas və səmimi niyyətlə Əhli-beyt məclislərinə daxil olun. Bu qapıda sadəlik və sədaqətə diqqət edirlər. Əlinizdə olanı ixlas sinisinə qoyub, imamlara təqdim edin."
Höccətül-islam Seyid Musəvi Mütləq