Lider TV müflis elan olundu

Lider TV müflis elan olundu

Telekanal 1998-ci ildə təsis edilib və uzun illər hakimiyyətin əsas təbliğatçılarından biri olub.

Avqustun 19-da Apellyasiya Məhkəməsi “Lider” televiziyasının müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi barədə Bakı Kommersiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Xatırladaq ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyi tərəfindən telekanala qarşı iddia qaldırlıb. İddianın səbəbi teleşirkərin borcları ilə bağlıdır. 

Qeyd edək ki, bu telekanal uzun illərdir ciddi iqtisadi problemlərə məruz qalıb və hakimiyyətdən mütəmadi dotasiyalar almayıb. Əməkdaşlar aylarla əməkhaqqı almayıblar və onların bir çoxu işdən çıxıb.

Telekanal 1998-ci ildə təsis edilib və uzun illər hakimiyyətin əsas təbliğatçılarından biri olub.

Turan

Xəbəri paylaş

VİDEOLAR