Əli Şəmxani: Bölgənin daimi sabitliyi üçün ABŞ bölgədən çıxarılmalıdır

Əli Şəmxani: Bölgənin daimi sabitliyi üçün ABŞ bölgədən çıxarılmalıdır

Əli Şəmxani Tehranda Suriyanın baş naziri İmad Xamislə biraraya gəlib.

Rasthaber Azərbaycan xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani  Tehranda Suriyanın baş naziri İmad Xamislə biraraya gəlib.

Görüş  zamanı Şəmxani vurğulayıb ki, region ölkələrinin vəhdətilə bir zamanda Amerikanın İraqdan qovulması həyata keçəcək. 

İran Ayn al Asad  amerikan bazasına raketlər yağdırmaq və Amerikanın cinyətinə dağıdıcı cavab verməklə bir daha sübut etdi ki, heç bir şəraitdə öz milli təhlükəsizliyi və maraqlarının qorunmasında səhlənkarlıq etməyəcək.

Şəmxani daha sonra deyib:  "Amerika prezidenti və onun axmaq müşavirləri elə zənn edirdilər ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant Qasim Süleymaniyə qarşı terror etməklə regionda müqavimət cəbhəsini dağılmağa düçar edəcəklər.  General-leytenant şəhid Süleymaninin və onun silahdaşlarının qanları müqavimət cəbhəsinin daha da güclənməsinə və birliyinə, həmçinin region və dünya xalqlarının nifrətinə səbəb olacaq."

İmad Xamis də İranın terrorizmlə savaşda Suriya xalqını himayə etməsi və böyük səyinə görə, təşəkkür edərək  "General-leytenant şəhid Süleymaninin məqsədi, Amerikanın, sionist rejimin və hegemonçuluq sisteminin təcavüzü və zülmü qarşısında məzlum xalqları müdafiə idi.", -deyə qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR