Əli Əsədov Azərbaycanın Baş naziri oldu

Əli Əsədov Azərbaycanın Baş naziri oldu

Milli Məclis növbədənkənar iclasında prezident İlham Əliyevin Azərbaycanın baş nazirinin təyinatı haqqında təqdimatına baxıb.

Rasthaber Azərbaycan xəbər verir ki, bu gün Milli Məclis növbədənkənar iclasında prezident İlham Əliyevin Azərbaycanın baş nazirinin təyinatı haqqında təqdimatına baxıb.

Dövlət başçısı yenidən bu vəzifəyə 2019-cu ilin oktyabrından baş nazir vəzifəsində çalışan Əli Əsədovun namizədliyini irəli sürüb. Deputatlar Əsədovun namizədliyini dəstəkləyiblər və onu baş nazir vəzifəsinə təsdiq ediblər.

Əsədov 1956-cı ildə dünyaya gəlib. Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1995-2000-ci illərdə ölkə parlamentinin deputatı olub.

1998-ci ildə prezidentin köməkçisi, 2012-ci ildə prezident administrasiyasının rəhbərinin müavini təyin edilib.

8 oktyabr 2019-cu il tarixində Milli Məclisin razılığı ilə baş nazir təyin edilib.

Konstitusiyaya əsasən, baş nazir təyin edildikdən sonra prezident hökuməti özü, parlamentlə razılaşdırmadan formalaşdırır.

Xəbəri paylaş

VİDEOLAR