Əli Kərimlinin mühafizəçisi 30 sutkalıq həbs edildi

Əli Kərimlinin mühafizəçisi 30 sutkalıq həbs edildi

Bu barədə AXCP məlumat yayıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirov İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə günahlı bilinərək Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə AXCP məlumat yayıb.

Şahidlərin dediyinə görə, Ruslan Əmirov xəstə uşağını həkimə apararkən saxlanılıb.

Rəsmi qurumlar müxalifət fəalının saxlanılması barədə hələ məlumat yaymayıb.

Elə bu gün AXCP-nin daha bir fəalı, Faiq Əmirov karantin rejimini pozmaq ittihamı ilə 30 sutka inzibati həbsə məhkum edilib.

Xəbəri paylaş

VİDEOLAR