Levon Ter-Petrosyan Putinin cavabını şərh etdi: Vay halımıza!

Levon Ter-Petrosyan Putinin cavabını şərh etdi: Vay halımıza!

Ermənistan rejiminin birinci prezidenti Levon Ter-Petrosyan Putinin Nikol Paşinyana c edibavabını şərh

Rasthaber Azərbaycan “Azadlıq radiosu”-nun erməni xidmətinə istinadən xəbər verir ki, işğalçı Ermənistan rejiminin birinci prezidenti Levon Ter-Petrosyan Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə məktubunu, həmçinin həmin müraciətə cavabı şərh edib.

“Siz onun nə dediyini anlamırsınız? Əgər bunu da başa düşmürsünüzsə, vay halımıza! Putin bütün səmiyyəti və əxlaqı ilə sadəcə dedi: Ermənistanın tam təhlükəsizliyini təmin etməyə borcluyam və hazıram, lakin nəhayət başa düşün ki, mən sizin yerinizə Qarabağ məsələsini həll edə bilmərəm”, – deyə Ter-Petrosyan bildirib.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə ölkəsinin təhlükəsizliyi ilə bağlı müzakirələrə başlamaq üçün müraciətinə cavab verib.

Xəbəri paylaş

VİDEOLAR