Datuna Vaşinqtonda Leninin mavzoleyinin oxşarını tikmək istəyir.
Rasthaber Azərbaycan xəbər verri ki, Nyu-Yorkdan olan rəssam Devid Datuna Vaşinqtonda Leninin mavzoleyinin oxşarını tikmək istəyir.
Rəssam təkcə məqbərənin eynisini inşa etmək istəmir, həm də Leninin meyitini də alıb oraya yerləşdirmək istəyir.
O, cəsəd üçün qabaqcadan 1 milyon dollarlıq “beh” də vermək istəyir. Rəssam deyir ki, bu məqsədi üçün 1 milyard dollardan artıq pul toplamaq hazırdır.
“İkinci mavzoleyi tikmək çətin deyil, Lenini əvəzləmək isə qeyri-mümkündür. Ona görə də mən onu almağı təklif edirəm və bunun üçün istənilən pulları toplamağa hazıram”, – deyə Datuna bildirib.