Əlcəzairdə zəlzələ baş verib

Əlcəzairdə zəlzələ baş verib

Əlcəzairin qərbindəki Qalizan əyalətində 4,3 bal gücündə zəlzələ baş verib.

Az.rasthaber.org xəbər verir ki, Əlcəzair Astrofizika və Geofizika Araşdırma Mərkəzinin açıqlamasında 4,3 bal gücündə zəlzələnin episentrinin Qalizan vilayətində Vad əl-Cümə şəhərinin 11 kilometr cənub-qərbində olduğu bildirilib.

Qalizan Mülki Müdafiə İdarəsindən verilən açıqlamada zəlzələ nəticəsində can və mal itkisinin olmadığı bildirilib.

Xəbəri paylaş

VİDEOLAR