Əlcəzairdə meşə yanğınlarında 15 nəfər həlak olub.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yanğınlarda 26 nəfər xəsarət alıb, 1500 nəfər evakuasiya olunub.
Daxili İşlər Nazirliyinin mətbuata açıqlamasında qeyd olunub ki, 16 əyalətdə 97 yanğın nöqtəsi qeydə alınıb ki, bunların da böyüyü Bejaia, Bouira və Jijel əyalətlərindədir.
Nazirlik yanğınsöndürmə əməliyyatlarının davam etdiyini bildirib.