Əlcəzair lideri BMT-yə Fələstinlə bağlı ÇAĞIRIŞ edib

Əlcəzair lideri BMT-yə Fələstinlə bağlı ÇAĞIRIŞ edib

Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasını Fələstinə bir dövlət kimi tamhüquqlu üzvlüklə bağlı səsvermə üçün xüsusi sessiya keçirməyə dəvət edib.

Az.rasthaber.com xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ABŞ-ın Nyu York şəhərində keçirilən BMT Baş Assambleyasının 78-ci iclasında çıxışı zamanı başda Fələstin məsələsi olmaqla, regional və qlobal məsələlərlə bağlı açıqlamalar verib.

Tebbun ölkəsinin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyü tələbini təkrarlayıb və bununla bağlı səsvermə üçün BMT-də xüsusi sessiyanın keçirilməsini istəyib.

Əlcəzairin 1967-ci il sərhədləri daxilində müstəqil və suveren Fələstin dövlətinin qurulmasını nəzərdə tutan Ərəb Sülh Təşəbbüsünə sadiq olduğunu vurğulayan Tebbun, İsrailin Fələstin torpaqlarını işğal etməsinin bölgədəki qeyri-sabitliyin əsas səbəbi olduğunu bildirib.

Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət etmişdi, lakin bu müraciət BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almamışdı.

Xəbəri paylaş

VİDEOLAR