Əlcəzair Hərbi Dəniz Qüvvələri İsrail gəmisini ələ keçirib

Əlcəzair Hərbi Dəniz Qüvvələri İsrail gəmisini ələ keçirib

Yəmən Ənsarullah Hərəkatının ardınca Əlcəzair Hərbi Dəniz Qüvvələri də sionist rejimin gəmisini ələ keçirib.

Az.rasthaber.com xəbər verir ki, Əlcəzair Hərbi Dəniz Qüvvələri sionist İsrailə raket və döyüş sursatları daşıyan alman gəmisini ələ keçirərək, onu Əlcəzair sahillərinə aparıb.

İsrailli general Qırmızı dəniz və Aralıq dənizinin təhlükəsiz olmamasından şikayətlənib və NATO-nun Əlcəzairə reaksiya verməli olduğunu bildirib.

Yəmən Ənsarullah Hərəkatı da noyabrın 19-da sionist İsrail yük gəmisini ələ keçirdiyini açıqlayıb.

Ənsarullah İsrailə məxsus “Galaxy Leader” yük gəmisini Ədən körfəzində ələ keçirib və göyərtəsində olan 55 ekipaj üzvünün hamısını əsir götürüb.

Xəbəri paylaş

VİDEOLAR