Lavrov Yerevanda Zəngəzur dəhlizini şərh edib: Xeyirədir...

Lavrov Yerevanda Zəngəzur dəhlizini şərh edib: Xeyirədir...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan səfəri çərçivəsində kommunikasiyaların açılmasını, əsirlər və Sputnik V-nin istehsalını müzakirə edib

Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov öz erməni həmkarı ilə görüşüb.

Rasthaber BBC-yə istinadən xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Rusiya nümayəndəsiylə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

O, Yerevanın Rusiya tərəfindən "hərbi-texniki əməkdaşlıq sahəsində konkret addımlar atılacağını" gözlədiyi və ticarət dövriyyəsinin artırılacağına ümid etdiyini bildirib.

Sergey Lavrov yerli jurnalistlərdən birinin sualına cavab olaraq, Azərbaycan prezidentinin televiziya müsahibəsində "Zəngəzur dəhlizi" barədə bəyanatını şərh edib.

Lavrov deyib ki, ermənistanlı həmkarı ilə post-konflikt dövrə aid bütün məsələlərə toxunublar, o cümlədən üçtərəfli razılaşmaya əsasən işlənib hazırlanmış kommunikasiyaların açılması məsələsinə. Onun sözlərinə görə, razılaşmaya görə, kommunikasiya blokadalarının aradan qaldırılması mexanizminin qarşılıqlı fayda və sırf könüllü prinsinə əsaslanması nəzərdə tutulur.

"Bu mexanizm, iqtisadi əlaqələrin tam açılmasına imkan verən diplomatik razılaşma və qərarlardan başqa, heç nə nəzərdə tutmur", - Lavrov deyib. Onun sözlərinə görə, üç ölkə liderlərinin sözügedən razılaşmasına zidd olaraq qaldırılan heç bir məsələ qabaqcadan şərtləşdirilənlərin alternativi kimi qəbul edilə bilməz.

Xəbəri paylaş

VİDEOLAR