Rusiya ilə Ukrayna arasında heç bir danışıq prosesi yoxdur.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinə hücumundan sonra heç bir dialoqdan söhbət gedə bilməz.
Lavrov cari vəziyyətdə iki ölkə arasında danışıqların mümkünsüz olduğunu qeyd edib.
O, danışıqlar prosesinin başladılması üçün digər ölkələrlə təmasların olduğuna dair xəbərləri də təkzib edib.