Qərbin Rusiya və Ukrayna arasında danışıqların indiki mərhələdə yolverilməzliyi ilə bağlı bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür.
"İndiki mərhələdə Rusiya və Ukrayna arasında danışıqların yolverilməzliyi ilə bağlı Qərbin bəyanatları şizofreniya xəstəliyinin təzahürüdür", - deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Qərb ölkələrinin Ukraynaya yeni silah tədarükü ilə bağlı mövzuya da toxunub. Onun sözlərinə görə, Ukraynaya nə qədər çox silah verilsə, bu münaqişə bir o qədər uzun sürəcək.