Lavrov: Qərb Rusiyanı parçalamağa çalışır

Lavrov: Qərb Rusiyanı parçalamağa çalışır

Qərb Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəmək qərarı verib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, dünyanı idarə etməyə çalışanlar Napoleon və Hitlerin Rusiyanı məhv etmək cəhdləri ilə bağlı acınacaqlı təcrübəsindən öyrənmək qərarına gəliblər.

“Bütün beynəlxalq gündəmə, həm dünya iqtisadi münasibətlərinə, həm də bütün beynəlxalq siyasətə nəzarət etməyə çalışanlar Rusiyanı strateji məğlubiyyətə uğratmaq, Napoleon və Hitlerin acınacaqlı təcrübəsini mənimsəməyə qərar veriblər. Onlar açıq şəkildə məqsədlərinin Rusiyanı məhv etmək olduğunu bəyan ediblər”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Lavrov qeyd edib ki, Qərb Rusiyanı parçalamağa çalışır: “Bu gün Rusiyanı parçalamağa çalışırlar, lakin Rusiya Federasiyası qarşıdurmadan daha da güclü çıxacaq. Beynəlxalq münasibətlərin BMT Nizamnaməsinin tələb etdiyi və Qərbli həmkarlarımızın pozmağa çalışdığı, dünyaya universal tətbiq olunan beynəlxalq hüququ deyil, öz qaydalarını tətbiq etməyə çalışdığı ədalətli, bərabərhüquqlu əsasda qurulmasının zəruriliyinə daha da əmin olacağıq”,- deyə Rusiya diplomatiyasının rəhbəri əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR