Lavrov İrana səfər edəcək

Lavrov İrana səfər edəcək

Cari həftənin sonunda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edəcək.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.

İran rəsmisi bu gün keçirilən mətbuat konfransında Rusiyanın xarici işlər nazirinin cari həftənin sonunda Tehrana səfəri barədə məlumat verib.

Bu səfərdə qarşılıqlı əlaqələr, bir sıra region məsələləri, xüsusilə də nüvə sazişinin bərpası ilə bağlı danışıqların vəziyyəti müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya və İran ABŞ sanksiyaları fonunda iqtisadi əlaqələrin, milli valyutalarla ticarət mübadiləsinin və sair maraq doğuran məsələlər üzərində müzakirələr aparırlar.

Xəbəri paylaş

VİDEOLAR