Lavrov: ABŞ vədləri pozmaq və fırıldaqçılıqda məşhurdur

Lavrov: ABŞ vədləri pozmaq və fırıldaqçılıqda məşhurdur

Rusiyanın xarici işlər naziri Amerikanı sərt tənqid edərək, bu ölkəni etibarsız və vədləri pozan ölkə adlandırıb.


Venesuelalı həmkarı İvan Gillə birgə mətbuat konfransında iştirak edən Lavrov ABŞ-ın Karakasın Rusiya əleyhinə sanksiyalara qoşulacağı təqdirdə Venesuela ilə münasibətləri yaxşılaşdıracağına dair vədinə reaksiya verib.
O dedi: "Amerika hər an və tez-tez aldada bilməsi ilə məşhurdur".

Lavrov həmkarına Ukraynadakı vəziyyəti də izah edib və bildirib ki, müharibə təhlükəsizliyin ayrılmazlığı prinsipi əsasında həll edilməlidir.

Gil həmçinin Karakasın Rusiyaya qarşı birtərəfli sanksiyaları qəbul etməyəcəyini və Venesuelanın da bu sanksiyalardan əziyyət çəkdiyini vurğulayıb.

Xəbəri paylaş

VİDEOLAR