Latviyada qadınları da əsgərliyə çağırmaq istəyirlər

Latviyada qadınları da əsgərliyə çağırmaq istəyirlər

Latviyada qadınlar da icbari hərbi xidmətə cəlb edilə bilərlər.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Andris Spruds bildirib.

O deyib ki, bu proses 2028-ci ildən start götürə bilər.

Nazir əlavə edib ki, həmin tarixədən illik hərbi xidmətə çağırılanların sayını 4 min nəfərə çatdırmaq niyyətindədir.

Xatırladaq ki, daha öncə ölkədə hərbi xidməti məcburi deyildi, lakin icrabi əsgərlik sistemi 2023-cü ildən yenidən bərpa edilib.

Xəbəri paylaş

VİDEOLAR