Əli Laricani Seyid Həsən Nəsrullah Livanda görüşüblər
Rasthaber Azərbaycan xəbər verir ki, İranın İslam Məclisinin sədri Əli Laricani və Hizbullah hərəkatının lideri Seyid Həsən Nəsrullah Beyrutda biraraya gəliblər.
“Al Manar” telekanalının xəbərinə görə, bazar ertəsi Beyrutda baş tutan görüşdə, Laricani və Nəsrullah bölgədəki hadisələr, həmçinin Livandakı məsələlər müzakirə edilib.
Eyni gün Beyrutda İranın İslam Məclisinin sədri Əli Laricani Fələstinin “İslami Cihad” hərəkatının lideri Ziyad al-Nahalə ilə də bir araya gəlib.
Onlar Fələstin məsələsi, Trampın “Əsrin sazişi” və digər mövzularla bağlı müzakirə aparıblar.