Əlaqələr düzələndən sonra ilk dəfə BƏƏ və İsrail rəsmiləri telefonla danışıb

Əlaqələr düzələndən sonra ilk dəfə BƏƏ və İsrail rəsmiləri telefonla danışıb

Birlǝşmiş Әrǝb Әmirliklǝrinin xarici işlǝr vǝ beynǝlxalq ǝmǝkdaşlıq mǝsǝlǝlǝri üzrǝ naziri Abdullah bin Zayid Әl Nahyan vǝ israilli hǝmkarı Qabi Aşkenazi arasında telefon danışığı olub.

Avqustun 13-dǝ iki ölkǝ arasında imzananan müqavilǝdǝn sonra xarici işlǝr nazirlǝri ilk dǝfǝ telefon ǝlaqǝsi saxlayıblar.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Birlǝşmiş Әrǝb Әmirliklǝrinin WAM xǝbǝr agentliyinin mǝlumatına ǝsasǝn, nazirlǝr söhbǝt zamanı iki ölkǝ arasında ǝldǝ olunan müqavilǝ münasibǝtilǝ bir-birlǝrini tǝbrik ediblǝr.

Tǝrǝflǝr regional sülh vǝ inkişafın tǝmin edilmǝsi üçün sözügedǝn müqavilǝnin hǝyata keçirilmǝsi mǝsǝlǝsindǝ qǝtiyyǝtli olduqlarını vurğulayıblar.

Qeyd edǝk ki, Amerika Birlǝşmiş Ştatları prezidenti Donald Tramp avqustun 13-dǝ İsrail ilǝ Birlǝşmiş Әrǝb Әmirliklǝri arasındaki münasibǝtlǝrin normallaşmasına dair müqavilǝnin bağlandığını açıqlamışdı.

Xəbəri paylaş

VİDEOLAR