Lapid və Netanyahunun məlumatları hakerlərin əlində

Lapid və Netanyahunun məlumatları hakerlərin əlində

Bir sionist mənbə sionist rejimin Kan telekanalının internet səhifəsinin hakk edilməsindən və bu rejimin sabiq və hazırkı baş naziri də daxil olmaqla milyonlarla israillinin məlumatlarının ələ keçirildiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, "Walla" sionist vebsaytı bildirib ki, özünü "war-dark" adlandıran bir haker qrupu, İsrailin Kan TV kanalının internet səhifəsini silib.

Vebsayt əlavə edib ki, bu qrup sionist rejimin hazırkı baş nziri Yair Lapid və keçmiş baş naziri Benyamin Netanyahu da daxil olmaqla sionistlər haqqında təxminən 9,5 milyon faylı ehtiva edən məlumat bazasına daxil ola bildiyini söyləyib.  

Məlumata əsasən, hakerlər adları, şəxsiyyət vəsiqəsi, doğum tarixi və səsvermə hüququ da daxil olmaqla, 8 min 300 faylın hissələrini yayımlayıblar. 

Sionist rejimin əsas infrastrukturu son bir neçə ayda davamlı kiberhücumlara məruz qalıb. 

Xəbəri paylaş

VİDEOLAR