Sionist rejimin müxalif lideri Qəzzədə müharibənin dayandırılmasını və sionist əsirlərin azad edilməsini istəyib.
Az.rasthaber.com xəbər verir ki, sionist rejimin müxalifət lideri Yair Lapid bildirib ki, Benyamin Netanyahu Qəzzə müharibəsi bitdikdən sonra hökumətinin devriləcəyindən qorxur, çünki onun məqsədləri siyasidir.
O, vurğulayıb: “Qəzzə zolağında etmədiyimiz bir iş qalmayıb, müharibə dayandırılmalı və əsirlər geri qaytarılmalıdır.”
Lapid Netanyahuya xitabən deyib ki, razılaşma ehtimalını məhv edən mətbuat konfransları keçirmək əvəzinə əsirlərimizi geri qaytarmalıyıq.