Sionist rejim hərbçilərinin himayəsi altında radikal yəhudilər yenidən "Əl Əqsa" məscidinə basqın təşkil ediblər.
Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, radikal yəhudilər bu gün bu rejim hərbçilərinin himayəsi altında "Əl Əqsa" məscidinə soxulduqdan sonra bu məsciddə qrup halında və əyani şəkildə Talmud mərasimini keçiriblər.
Digər tərəfdən, fələstinli mənbələr bildiriblər ki, sionist rejim qayıqları Qəzza zolağının sahillərində fələstinlilərin qayıqlarına hücum ediblər.
Məscidüləqsa Beytülmüqəddəs şəhərinin islami-fələstinli mahiyyətinin əsas simvolu kimi daima Qüdsü işğal etmiş rejimin təxribatçı hərəkətlərinin hədəfi olur.
Sionist rejim tərəfindən edilən bu təhqiramiz hərəkətlər Beytülmüqəddəsin islami mahiyyətini aradan götürmək və onu sionizm təzahürləri ilə əvəz etmək üçün həyata keçirilir.
Sionistlərin Məscidüləqsaya qarşı ardıcıl təcavüzlərinin fonunda qeyd edək ki, beynəlxalq və insan hüquqları orqanları bu hərəkətlər qarşısında öz sükutlarını davam etdirirlər.