Əl-Husi: İsrail bölgədəki bütün ölkələrin öz hücumlarına qarşı müdafiəsiz qalmasını istəyir

Əl-Husi: İsrail bölgədəki bütün ölkələrin öz hücumlarına qarşı müdafiəsiz qalmasını istəyir

Yəmənin Ənsarullah hərəkatının rəhbəri sionist rejimin Suriya ərazisinə kütləvi hücumlarına işarə edərək, vurğulayıb ki, bu rejim bütün region ölkələrinin öz hücumları qarşısında müdafiəsiz qalmasını istəyir.

Az.rasthaber.com xəbər verir ki, Seyid Əbdülməlik əl-Husi deyib: Qərb ölkələri sionist rejimini hər cür silah və qətl vasitələri ilə təmin edib və 440 gün əvvəldən bu rejim Qəzzada Amerikanın iştirakı ilə qətllər törədir və fələstinlilərin üzərinə Amerika bombaları tökür.

Ənsarullah hərəkatının lideri bildirib: Təəssüflər olsun ki, Fələstin Muxtariyyəti nəinki fələstinlilərə heç bir dəstək vermir, əksinə vətənə xəyanət miqyasında böyük səhvə yol verir.

Əl-Husi vurğulayıb: Sionist düşmən Livanla atəşkəs razılaşmasına və Beyrutun ona əməl etməsinə baxmayaraq, bu ölkəyə hücumunu davam etdirir. Çünki bu rejim razılaşmalara əməl etməməklə tanınır.

Sionist rejimin Suriyaya hücumlarına toxunan əl-Husi aydınlaşdırıb: İşğalçılar Suriya ordusunun bu ölkənin bütün vətəndaşlarına məxsus obyektlərini dağıdıblar. Halbuki, bu gün Suriya xalqının işğalçı rejimin təcavüzü ilə mübarizə aparmaq üçün bu obyektlərə çox ehtiyacı var.

Əl-Husi əlavə edib: Suriyada strateji əhəmiyyət kəsb edən bütün silahlar və obyektlər sahibsiz buraxılıb və yeni hökumət onlara qarşı məsuliyyət hiss etmədi və bəzilərinin vərdişi olduğu kimi onları qənimət belə hesab etmədi.

Əl-Husi qeyd edib: Bir çox müsəlmanlar sionist rejimini rahat buraxıblar və bəzi ölkələrin hökumətləri və cərəyanları da sionist düşmənlə şərikdirlər ki, bu da düşməni bir neçə ölkəyə hücuma təşviq edən ən böyük səbəbdir.

Əl-Husi deyib: Bitərəflik iddia edənlər sionist düşmənin açıqladığı açıq-aşkar faktları inkar edirlər.

Xəbəri paylaş

VİDEOLAR