Əl-Husi: Hərbi koalisiyalar regionda sabitlik yaratmır

Əl-Husi: Hərbi koalisiyalar regionda sabitlik yaratmır

Yəmənin Ənsarullah Hərəkatının Siyasi Şurasının üzvü bəyan edib ki, regionda heç bir hərbi koalisiya sabitliyə səbəb olmayacaq, əksinə, daha çox müharibələrə yol açacaq.

Az.rasthaber.com xəbər verir ki,bu barədə Ənsarullah Hərəkatının siyasi şurasının üzvü Məhəmməd Əli əl-Husi Twitter hesabında açıqlama verib.

O, deyib:

"Regionda heç bir hərbi ittifaq sabitliyə səbəb olmayacaq, əksinə, daha çox müharibələrə yol açacaq. Regionda sabitlik üçün hərbi koalisiyalara ehtiyac yoxdur. Bu bölgədə birlik və həmrəylik iddiasında olanlar millətləri məhv edən, terror cinayətləri törədənlərlə müttəfiq olurlar". 

Xəbəri paylaş

VİDEOLAR