Yəmən Ənsarullah Hərəkatının lideri Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti münasibətilə etdiyi çıxışda başsağlığı verib.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, Əbdül-Məlik əl-Husi bunu bütün İslam xalqı üçün böyük itki adlandırıb.
"Fələstin və Livan xalqını, livanlı və fələstinli mücahid silahdaşlarımızı məyus etməyəcəyik", - deyə o qeyd edib.
"İslam ümməti əziz mücahid qardaşımız Hizbullahın Baş katibi Seyid Həsən Nəsrullahın şəhadəti ilə bağlı ağır matəmə qərq olub", - deyə o əlavə edib.
"Onun hörmətli ailəsinə, Hizbullahdakı qardaş və bacılarımıza, Livan xalqına, İran İslam İnqilabının Ali Rəhbərinə, Fələstin xalqına və ümmətin bütün azad insanlarına başsağlığı veririk", - deyə əl-Husi bildirib.
"Seyid Nəsrullahın itkisi bütün İslam ümməti üçün itkidir" - deyə hərəkat lideri əlavə edib.
"Hər kəs öz vəzifəsinə əməl etməlidir, çünki döyüş davam edir. İsrail İslam və müsəlmanların düşmənidir və insanlıq üçün təhlükədir", - deyə o vurğulayıb.