Küveytin xarici işlər naziri Səlim Abdulla əl-Cabir əs-Sabahın cümə axşamı (20 aprel) Suriyanın paytaxtı Dəməşqə gedəcəyi iddia edilib.
Az.rasthaber.com xəbər verir ki, Əl-Qabas qəzetinin iddiasına görə, ölkənin xarici işlər naziri Salem Abdullah Əl-Cabir Əl-Sabah Suriyanın paytaxtı Dəməşqə gedəcək.
Qeyd edək ki, 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başlayandan sonra Küveyt hökuməti öz səfirini Dəməşqdən geri çağırıb və diplomatik əlaqələri tamamilə kəsib.