Küveytdə bir nəfərdə vəba xəstəliyi aşkarlanıb

Küveytdə bir nəfərdə vəba xəstəliyi aşkarlanıb

Küveytdə xaricdən qayıdan şəxsdə vəba xəstəliyi aşkar edilib.

Az.rasthaber.com xəbər verir ki, bu barədə ''Əl-Kabes'' qəzetinin yaydığı xəbərdə qeyd olunub. Məlumata görə, Səhiyyə Nazirliyi ölkədə ilk vəba xəstəliyinə yoluxma halının qeydə alındığını açıqlayıb.
Vəbaya yoluxan şəxsin karantinə alındığı və müalicə olunduğu bildirilib.
Bəyanatda həmçinin vəba epidemiyasının yayıldığı  ölkələrə səfər edəcək şəxslərə xəbərdarlıq edilib və qayıtdıqdan sonra 7 gün ərzində yüksək hərarət və ishal kimi şübhəli simptomları olanlara xəstəxanaya müraciət etmələri ilə əlaqədar çağırış edilib.

 

Xəbəri paylaş

VİDEOLAR