Küveyt: İranda heç bir radiasiya sızması aşkar edilməyib

Küveyt: İranda heç bir radiasiya sızması aşkar edilməyib

Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya sionist İsrailin İranın nüvə obyektlərinə hücumu səbəbindən indiyədək heç bir radiasiya sızmasının aşkar edilmədiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, Əl-Əxbar televiziyasına danışan Yəhya bildirib ki, Küveyt radiasiya sızması təhlükəsinə qarşı Körfəz ölkələri ilə koordinasiyada işləyir.

"İrandan radiasiya sızması aşkar edilməyib. Hələlik bütün göstəricilər normaldır və vəziyyətə ciddi nəzarət olunur", - Yəhya bildirib.

Nazir Yəhya həmçinin İrandakı Küveyt vətəndaşlarının sayını müəyyən etmək üçün işlərə başlanıldığını və təxliyyə prosesinin ən qısa zamanda başa çatdırılması üçün səy göstərildiyini bildirib.

Küveytin xarici işlər naziri Yəhya əlavə edib ki, Küveyt vətəndaşları arasında xəsarət və ya xoşagəlməz hal qeydə alınmayıb.

Xəbəri paylaş

VİDEOLAR