Rusiya Kursk vilayətinin Ukrayna ordusunun işğalından azad etməyə davam edir.
Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi general-mayor Apti Alaudinov məlumat verib.
O, Kurskda 2 yaşayış məntəqəsinin - Nijnyaya Parovaya və Neçayevin işğaldan azad edildiyini bildirib.
Alaudinov Ukrayna tərəfinin irəliləyişinin qarşısının alındığını, düşmənin dayanmadan hücum cəhdləri etməsinə baxmayaraq ağır itkilər verərək heç bir nəticə əldə etmədiyini qeyd edib.