Kürəcik və İncirlikdə NATO bazalarının bağlanması tələbilə etirazlar

Kürəcik və İncirlikdə NATO bazalarının bağlanması tələbilə etirazlar

Aksiyaçılar Amerikanın düşmənçilik siyasətlərinə və sionist rejimi himayə etməsinə etiraz ediblər.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Türkiyədə siyasi qruplar, vətəndaş və sosial qurumların bir hissəsi, həmçinin partiyaların və gənclər cəmiyyətinin nümayəndələri Kurecik və İncirlik amerikan bazalarının qarşısında etiraz aksiyası keçiriblər.

Aksiyaçılar Amerikanın düşmənçilik siyasətlərinə və sionist rejimi himayə etməsinə etiraz ediblər.

Dünən "Amerika, ar olsun!" və "İsrail, ar olsun!" kimi şüarlar verən etirazçılar Türkiyə ərazisində yerləşən Kurecik və İncirlik amerikan bazalarının yığışdırılmasını tələb ediblər.

Əllərində İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds Qüvvələrinin şəhid komandanı Süleymaninin şəklini turan aksiyaçılar, Amerika və sionizm ilə mübarizədə və regionda təhlükəsizliyin bərqərarında  Süleymaninin yolu və məktəbinin davam etdirilməsinin önəminə təkid ediblər.

Xəbəri paylaş

VİDEOLAR