Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1101-ə çatıb
Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyədə yeni növ koronavirusdan ölüm sayı 1101 olub.
Bu barədə Səhiyyə naziri Fəxrəddin Koca açıqlama verib.
Nazirin verdiyi açıqlamada qeyd edilib ki, son bir gündə (11 aprel üçün) 95 koronavirusa yoluxmuş xəstə ölüb və 33170 nəfər koronavirus şübhəsi ilə testdən keçib, onlardan 5138 nəfərin nəticəsi pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 52167-a çatıb, sağalanların sayı 2965 olub.