Kubanın paytaxtı Havananın La Piraqua bölgəsinə toplaşan yüzlərlə insan İsrailin Qəzzaya hücumlarına reaksiya verib.
Az.rasthaber.com xəbər verir ki, prezident Migel Diaz-Kanelin müşayiəti ilə qrup Fələstin bayraqları daşıyaraq İsrailin hücumlarının dayandırılmasını tələb edib.
Yürüşü Gənc Kommunist Birliyi, universitetlər, siyasi partiya nümayəndələri və vətəndaşlar dəstəkləyib.
Havana Universitetinin Kimya fakültəsinin tələbəsi Jose Alberto Almedia Telesur kanalına verdiyi açıqlamada deyib:
"Qırğın davam etdiyi üçün Fələstinə səsimizi ucaldırıq. Fələstinə hər zaman dəstək olacağıq".
Yürüşün görüntülərini sosial media platformasında paylaşan prezident Canel deyib:
"Bunun dayandırılmasını istəyirik".
Noyabrın 18-də ölkəsində tibb təhsili alan 144 fələstinli tələbə ilə görüşən Canel, İsrailin Qəzzanı işğalını bir daha qınayıb və deyib:
“biganə qalanlar arasında olmayacağıq”.