ABŞ səfirliyi Kubada “təxribatçılıq fəaliyyəti” ilə məşğuldur.
Az.rasthaber.com RT-a istinadən xəbər verir ki, bu barədə Kuba prezidenti Migel Dias-Kanel bildirib.
“Kubadakı ABŞ səfirliyi özünün ölkəmizdəki daxili nizam-intizamın sarsıdılması istiqamətindəki pis və biabırçı rolunda inadkarlıq edir”, - deyə Dias-Kanel qeyd edib.
Onun sözlərinə görə, Kuba bu məsələ ilə bağlı kənarda qalmayacaq.
Dövlət başçısı əlavə edib ki, ABŞ-a müqavimət göstərmək məsələsində ölkəsi qətiyyətə sahibdir.