KTMT Mərkəzi Asiyada silsilə hərbi təlimlərə start verəcək

KTMT Mərkəzi Asiyada silsilə hərbi təlimlərə start verəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tezliklə Mərkəzi Asiya ölkələrində hərbi təlimlərə başlayacaq.

Az.rasthaber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, yaxın həftələrdə keçiriləcək hərbi təlimlər regionda sabitliyin qorunması məqsədini daşıyır.

Rusiya XİN-dən bildirilib ki, Moskva Avrasiyada stabilliyin qorunmasına töhfə verən hərbi-siyasi ittifaqların potensialını gücləndirməkdə maraqlıdır və bu istiqamətdəki səylərini davam etdirir.

Əlavə edilib ki, sözügedən silsilə hərbi təlimlər Qazaxıstan, Qırğızıstan və Tacikistan ərazilərində baş tutacaq.

Xəbəri paylaş

VİDEOLAR