20.06.2023 14:25:38
Belarus və Rusiyanın da məsuliyyət zonası olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərb cinahında hərbi təhlükəsizlik təhdidləri çox ciddidir.
Az.Rasthaber.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə KTMT Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüşündə deyib.
"KTMT-də məsuliyyət zonaları bölüşdürülür. KTMT-nin Qərb cinahında, təəssüf ki, bizim üçün də, Rusiya üçün də təhlükəsizliyə real hərbi təhdidlər formalaşıb. Onlar çox ciddidirlər, digər yerlərdən daha ciddidirlər", - Belarus prezidenti bildirib.
2023-cü ildə KTMT-yə sədrlik edəcək Belarusdan başqa, təşkilata Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.